Sentyabr 1, 2025-21:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Beynəlxalq daşımalarda iştirak edən şirkətlərin nümayəndələri ilə görüş olub

2024:08:09 - 17:05
in İQTİSADİYYAT
A A

Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində daşıyıcı şirkətlərin rəhbərləri və onların səlahiyyətli nümayəndələri ilə görüş keçirilib.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Məlumata görə, DGK-nın və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan görüşdə Komitənin, nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” və “Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası” İctimai Birliklərinin, 40-dan çox daşıyıcı şirkətlərin səlahiyyətli nümayəndələri iştirak ediblər.

Görüş gömrük-biznes dialoqu çərçivəsində gömrük qanunvericiliyi barəsində daşıyıcı şirkətlərin məlumatlandırılması və daşıyıcı institutunun daha da təkmilləşdirilməsi istiqamətində planlaşdırılan layihələr üzrə birgə müzakirələrin aparılması məqsədilə təşkil edilib.

Tədbirdə beynəlxalq daşımalar zamanı mal və nəqliyyat vasitələrinə dair məlumatların öncədən təqdim olunması ilə təhlükəsizliyin və ticarətin asanlaşdırılmasının təmin edilməsinin gömrük orqanlarının qarşısında prioritet hədəflər kimi müəyyənləşdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Gömrük Məcəlləsinin 131-ci maddəsinin tələblərinə əsasən gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs gömrük orqanının müəyyən etdiyi qaydada və formada ilkin məlumatları əvvəlcədən gömrük orqanlarına təqdim etməlidir.

Daha sonra “Daşıyıcı institutunun inkişaf etdirilməsi” mövzusunda təqdimat nümayiş etdirilib, sözügedən mövzu ilə bağlı müzakirələr aparılıb.

Tədbirin sonunda daşıyıcı şirkətlərin nümayəndələrinin təklifləri dinlənilib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Əvvəlki Yazı

Putini hiddətləndirəcək iddia! Ukrayna Rusiya karvanını vurdu; 400 əsgər öldü

Növbəti Yazı

Dənizkənarı Bulvar ərazisindən bir nəfərin meyiti sudan çıxarılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.