Beynəlxalq Kouç Federasiyasının (BKF) regional direktoru Malcolm Fiellies, Federasiyanın yeni yaradılmış Azərbaycan bölməsinin prezidenti İlham Musayev və vitse-prezidenti Xanım Şabanova ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) görüş keçirilib.
Bu barədə AZƏRTAC-a İRİA-dan bildirilib. Qeyd olunub ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramovun da qatıldığı görüşdə İRİA-nın innovasiya üzrə rəhbəri İqor Ovçarenko qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib.
Qonaqlarla insan kapitalı, insan resursları, liderlərin yetişdirilməsi yönündə müştərək əməkdaşlıq imkanları geniş müzakirə edilib. Qeyd olunub ki, ölkəmizdə insan kapitalının inkişafı istiqamətində fəaliyyət beynəlxalq əməkdaşlıqla gücləndirilir.
Görüşdən sonra qonaqlar İRİA-da yaradılmış şəraitlə tanış olublar.