“Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfrans çərçivəsində “Ətraf-mühitin davamlı reabilitasiyası üçün milli bacarıqların yaradılması” mövzusunda panel müzakirəsi keçirilib.
“Report” xəbər verir ki, panelə moderatorluğu Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının qlobal minatəmizləmə və inkişaf məsləhətçisi Steynar Essen edib.
Panel iştirakçıları arasında “Agora Diplomatico”nun işlər üzrə analitik direktoru David Martinez, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, “James Madison” Universitetinin Beynəlxalq Stabilizasiya və Bərpa Mərkəzinin direktoru Suzan Federleyn, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Mühafizə və Əsas Xidmətlər Departamentinin Silahlarla Çirklənmə Bölməsinin rəhbəri Erik Tollefsen və tədqiqatçı Alexandra Frost yer alıb.