İyun 26, 2025-15:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Beynəlxalq Multikulturalizm Mərkəzi universitetlərdə monitorinq keçirib

2024:12:25 - 16:57
in SOSİAL
A A

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən ölkəmizdə ali məktəblərin bakalavr səviyyəsində tədris edilən “Multikulturalizmə giriş” və magistratura səviyyəsində tədris olunan “Azərbaycan multikulturalizmi” fənlərinin monitorinqi həyata keçirilib.

Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, monitorinqlərdə tələbələrin bilik və bacarıq səviyyəsinin müəyyənləşdirilməsi ilə yanaşı, bu fənnin tədrisi ilə bağlı onların sual, təklif və iradlarının öyrənilməsi üçün sorğu da aparılıb.

Mərkəzin Layihələr şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən monitorinqlər Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan İdman Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti və Sumqayıt Dövlət Universitetində aparılıb. Monitorinqlərin həyata keçirilməsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları – icraçı direktorun müavini Ramin Qəmbərov, şöbə müdirləri İrina Kunina, Rəşad İlyasov, baş məsləhətçi Araz Qurbanov, aparıcı məsləhətçi Fidan Hadi, məsləhətçilər Tahirə Ələsgərova və Elnur Qasımov iştirak ediblər.

Müasir dövrdə təhsilin keyfiyyətinin idarə olunması, inkişaf dinamikasının izlənilməsi və proqnozlaşdırılması üçün real vəziyyətin öyrənilməsi vacib hesab olunur. Bu işdə isə qiymətləndirmə mühüm pedaqoji vasitə kimi qəbul edilir. Qiymətləndirmə təlim-tərbiyə prosesini təkmilləşdirməyə, təlim prosesinin səmərəliliyini yüksəltməyə, tələbələrin nələri mənimsədikləri, öyrəndikləri, hansı bacarıqlara malik olduqları və onlarda hansı keyfiyyət dəyişikliklərinin formalaşdığını müəyyənləşdirmək üçün obyektiv şərait yaradır.

Əvvəlki Yazı

Qəzza Səhiyyə Nazirliyi: Anklavda 24 saat ərzində 20-dən çox fələstinli ölüb

Növbəti Yazı

Şura: Matəm günü ilə əlaqədar televiziyaların proqramında dəyişiklik olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.