Beynəlxalq Qızlar Günü ərəfəsində – sentyabrın 30-da Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Elektron Təhlükəsizlik Xidmətinin birgə təşkilatçılığı ilə “Cyber4Girls” təlimi keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsində məqsəd qızların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena qaydaları və fərdi məlumatların mühafizəsi sahəsində məlumatlandırılmasından ibarətdir. Təlim 13-18 yaş aralığında olan qızlar üçün nəzərdə tutulub.
Təlimdə iştirak ödənişsizdir. İştirak etmək üçün bu linkə ( https://bit.ly/3RzpSUZ ) keçid edərək qeydiyyatdan keçə bilərsiniz.
Qeyd edək ki, hər il 11 oktyabr Beynəlxalq Qızlar Günü kimi qeyd olunur.