İyun 15, 2025-0:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Biləsuvarda ilk dəfə “Qara kişmişi” yeni seleksiya üzüm tinglərindən bağ salınır

2025:06:03 - 14:20
in İQTİSADİYYAT
A A

Biləsuvarda ilk dəfə olaraq pilot layihə çərçivəsində xaricdən gətirilən “Qara kişmişi” adlı yeni seleksiya üzüm tinglərinin iki hektar sahədə əkininə başlanılıb.

AZƏRTAC xəbər verir ki, patent və müəlliflik hüququ olan bu yeni seleksiya üzüm sortu yalnız məhsuldarlığı ilə deyil, həm də iqlim dəyişikliklərinə davamlılığı, iqtisadi səmərəliliyi və bazar tələblərinə cavab verməsi ilə fərqlənir.

Fermer Azad Bədirov deyir ki, bu sort üzüm qara kişmiş istehsalı üçün ideal sayılır. Ona görə də yeni salınan bağın məhsullarının gələcəkdə ixracı da nəzərdə tutulur.

Yeni salınan bağda damcı suvarma sistemi də quraşdırılacaq.

Aqronom Əliqulu Hüseynovun sözlərinə görə, bu tinglər xəstəliklərə qarşı daha davamlıdır və məhsul itkisi minimumdur. Digər üstünlüyü ondadır ki, 2-3 il ərzində məhsul verir. “Fermerlər bizə tez-tez müraciət edirlər, onların əkin sahələrindən aqrokimyəvi torpaq analizləri götürüb laboratoriya təqdim edirik. Laboratoriyadan çıxan analiz nəticələrinə uyğun olaraq, tövsiyələrimizi veririk. Elə bu bağın analizlərini də apardıq və üzüm yetişdirmək üçün yaxşı münbit şərait var”, – deyə o əlavə edib.

Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzində verilən məlumata görə, son bir ildə rayonda üzüm bağları iki dəfəyədək artırılaraq, 22 hektardan 45 hektara çatdırılıb. Biləsuvarda başlanğıcı qoyulan bu pilot layihə uğurlu olarsa, yaxın illərdə Azərbaycanın müxtəlif bölgələrində yeni sort qara kişmişi üzümlər yetişdiriləcək. Bu isə həm daxili bazarda məhsul bolluğuna, həm də ixrac potensialına böyük töhfə verə bilər.

Əvvəlki Yazı

Rusiya İranın nüvə probleminin sülh yolu ilə həlli səylərini tam dəstəkləyir

Növbəti Yazı

Peskov: Rusiya Kiyevə verilən memoranduma reaksiya gözləyir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.