Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə yeni Ələt–Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
İki minik minik avtomobilinin toqquşması nəticəsində avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan və Biləsuvar rayon xəstəxanalarına aparılıblar.
Hər iki avtomobil hadisə zamanı Astara istiqamətində hərəkətdə olub.
Faktla bağlı araşdırma aparılır.
