NATO-nun Kosovo Qüvvələrinin (KFOR) İtaliya komandanlığı ABŞ prezidenti Donald Trampın administrasiyası Avropadakı qoşunların sayını azaltmaq qərarına gələrsə, Amerika qoşunlarının regiondan mümkün çıxarılmasına hazırlaşır. Bu barədə Almaniya diplomatları arasında olan mənbələrə istinadən Bild qəzeti yazıb.
Nəşrin yazdığına görə, alman diplomatları belə bir ssenarini “tamamilə təsəvvür edilən” kimi səciyyələndirirlər. Kosovodakı Amerika hərbçilərinin dəqiq sayı açıqlanmır. Camp Bondsteel regionda beynəlxalq KFOR missiyasının bir hissəsi kimi ABŞ kontingentinin əsas hərbi bazasıdır. Bu, Avropadakı ən böyük Amerika bazalarından biri hesab olunur.
İtaliya KFOR kontingentinin komandanlığını 2024-cü ilin oktyabrında Türkiyədən götürüb. Kosovodakı NATO qüvvələrinə hazırda general-mayor Enriko Barduani rəhbərlik edir. 2013-cü ildə İtaliyanın “Folqore” hava-desant briqadasının 3-cü alayının komandiri təyin edilib. Serb Pravoslav Kilsəsinin Müqəddəs Sinodu bu briqadanı 2004-cü ildə qırğın zamanı Kosovo və Metohiyadakı pravoslav ziyarətgahlarını albanlardan xilas etdiyinə görə Müqəddəs Sava ordeni ilə təltif etmişdir. (Tass)