Müasir dövrdə dünya artıq özünü daha çox virtuallaşan və transformasiya olunan formada təqdim edir. Bu isə, insanlarda yadlaşma və parçalanma hissləri yaradır. Həqiqət parçalanmış versiyada təqdim olunub.
Bunu AZƏRTAC-a açıqlamasında “Hissə-hissə” əsərinin müəllifi Billurə Ələkbərli söyləyib.
Sərgidə yer alan əsəri barədə məlumat verən Billurə Ələkbərli deyib: “Reallığımızın texnologiyalarla iç-içə keçməsini göstərir. Texniki mərhələ bir qədər qısa çəkib, lakin ümumi hazırlıq prosesi təxminən bir ay davam edib”.
