Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsində açıq ərazidə qamışlıq sahə və mazut tullantıları 500 m² sahədə yanıb.Bu barədə APA-ya FHN-nin mətbuat xidmətindən bildirilib.Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.