Avropa İttifaqının bir qrup ölkəsi Çexiyanın Rusiya diplomatlarının Aİ daxilində akkreditə olunduqları dövlətlərin ərazisi ilə hərəkətini məhdudlaşdırmaq təklifini dəstəkləyir. Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski icmanın xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərə bildirib.
“Bu, doqquz aydır ki, müzakirə olunan bir təklifdir”, “bir qrup ölkə bu təklifi dəstəkləyir: Rumıniya, Polşa, Danimarka, Hollandiya, üç Baltikyanı ölkə”- deyə o , bildirib.
Nazirin sözlərinə görə, “Rusiya Federasiyasının Avropada casusluq fəaliyyətini məhdudlaşdırmaq üçün belə bir təklifdən çəkinən Avropa İttifaqı ölkələrinin hesabına bu qrupdakı iştirakçıların sayını genişləndirmək lazımdır. ” Onun sözlərinə görə, bir neçə min rus diplomatı Aİ-də akkreditə olunub və onlar icma daxilində məhdudiyyətsiz hərəkət edə bilirlər.
“Əgər Rusiya Federasiyası [Aİ-də rus diplomatları üçün yaradılmış] eyni şərtləri avropalı diplomatlara təklif edə bilmirsə, bu, onlara münasibətdə asimmetrik olaraq müsbət təhlükəsizlik tədbiri olacaq və biz bu münasibətlərdə bərabər şərait yaratmalıyıq. Diplomatların işinə yanaşma Avropanın təhlükəsizliyinə böyük müsbət təsir göstərəcək”, – nazir bildirib. (Tass)