Ritorika.az TASS-a istinadən xəbər verir ki, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında (TŞ) veto hüququndan istifadə edib və Əlcəzairin təqdim etdiyi Fələstin-İsrail münaqişəsi zonasında dərhal atəşkəs tələb edən qətnaməni bloklayıb.
Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü, o cümlədən Rusiya və Çin səs verib, Böyük Britaniya isə bitərəf qalıb. Beləliklə, qətnamənin əleyhinə çıxan yeganə ölkə ABŞ olub.
Əlcəzair sənədi fələstinli mülki şəxslərin məcburi köçkünlüyünü rədd edir və Fələstin probleminin iki dövlətli həllinə sadiqliyi vurğulayır. (Tass)