Birləşmiş Ştatlar hesab edir ki, Cənubi Afrika Respublikasının Qəzza zolağındakı hərəkətlərinə görə İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddia dünya ictimaiyyətinin diqqətini Fələstin-İsrail münaqişəsinin həllindən yayındırır. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken Təl-Əvivdə keçirdiyi mətbuat konfransında bildirib.
“Biz hesab edirik ki, Beynəlxalq [BMT] Məhkəməsində İsrailə qarşı işin açılması dünyanı bütün bu mühüm səylərdən yayındırır”, – Blinken deyib. (Tass)