Amerika administrasiyası hazırda İranda uranın 60%-ə qədər zənginləşdirilməsi istiqamətində görülən işləri hərbi xarakterli hesab edir, lakin bu problemin siyasi və diplomatik həllinə sadiqdir. Bu barədə ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins bildirib.
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində hökumətin Tehranda uranı 60 səviyyəsinə qədər zənginləşdirməsini şərh etməsini xahiş edən Amerika xarici siyasət departamentinin rəis müavini “Bizim qiymətləndirməmiz ondan ibarətdir ki, onların fəaliyyəti dinc xarakterli hesab edilə bilməz” deyib.
ABŞ hökumətinin bununla bağlı nə etmək niyyətində olduğu sualına diplomat belə cavab verib: “Plan diplomatik həlli davam etdirməkdir”. (Tass)