Bişkek polisi əcnəbilərlə kütləvi davadan sonra yataqxananın yaxınlığında toplaşan vətəndaşları saxlayır. Bu barədə 24.kg agentliyi məlumat yayıb.
“Frunze və 7 Aprel küçələrinin kəsişməsində izdiham yenidən kordonu yarmağa cəhd edib, lakin onlar ümumilikdə 10-a yaxın adam saxlanılıb”, – agentliyin teleqram kanalında deyilir.
Əlavə ediblər ki, yerli sakinlərin əcnəbilər tərəfindən döyülməsi ilə bağlı artıq cinayət işi açılıb. (Tass)