İyun 18, 2025-3:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

2024:05:07 - 16:16
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Bitkilərdə termogenez: alternativ oksidaza” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Elmi seminarda universitetin Botanika və bitki fiziologiyası kafedrasının dosenti Sevinc İsmayılova bildirib ki, tənəffüs yollarının tənzimləmə qanunauyğunluqlarını bilməklə molekulyar-genetik səviyyədə nəinki bitkilərin, həm də insanın həyat fəaliyyətinə nəzarət etmək olar. Bu, hazırda müasir biologiyanın tədqiq etdiyi əsas məsələlərdəndir.

Termogenez orqanizmdə istiliyin əmələ gəlməsi, istehsalı və xaric edilməsi prosesi olaraq əsasən istiqanlı (qomoyotermiya) heyvanlarda – quşlarda, məməlilərdə və bəzi termogen bitki növlərində (təxminən 30-a yaxın fəsilənin, əsasən aroidkimilərin müəyyən nümayəndələrində) müşahidə edilir. Məməlilərdə termogenez hadisəsinin əsasında qonur piy toxuması üçün spesifik sayılan və digər toxumalarda rast gəlinən termogenin və ya UCP-1 (uncoupling protein) adlandırılan ayırıcı zülalların fəaliyyəti durur. Bitkilərdə bir neçə tip belə sistem mövcuddur, onlardan biri də alternativ oksidazadır (AO). AO çoxfunksiyalı zülaldır. AO stres zülallarına aid olub, bitkilərin adaptasiyasında iştirak edir. Onun konstitutiv ekspressiyası isə tənəffüsün alternativ yolunun bitkilərin kompleks metabolizmində rol oynadığını göstərir.

Son illər AO mitoxondrial oksidləşdirici fosforlaşma sisteminin müxtəlif zədələnmələri zamanı terapevtik vasitə kimi tədqiqatçıların diqqətini cəlb edir. Belə ki, uşaqlarda kardiomiopatiya, Parkinson, Altsheymer, xərçəng, işemiya və s. kimi xəstəliklərin əksəriyyətinə səbəb mitoxondrilərin disfunksiyası və bu zaman əmələ gələn oksigenin mitoxondrial aktiv formalarının (OAF), xüsusən də superoksid radikalının artıq miqdarıdır. İnsanın böyrək hüceyrələri kulturalarına AO geninin yeridilməsi ilə əlaqəli aparılmış tədqiqatlarda bu disfunksiyanın göstəricisi kimi hüceyrələrdə toplanmış süd turşusu və OAF-ın miqdarı kəskin aşağı enib.

Tədbirin sonunda iştirakçıların sualları ətraflı cavablandırılıb.

Əvvəlki Yazı

Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiyanın Baş naziri Robert Fitso mətbuata bəyanatla çıxış ediblər – YENİLƏNİB -3

Növbəti Yazı

Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.