Abxaziya prezidenti Aslan Bjaniya müxalifətin ələ keçirdiyi hökumət binaları kompleksini azad etdikdən sonra istefa məktubu yazmağa hazır olduğunu açıqlayıb.
Bjaniya Oçamçira rayonunun Tamış kəndində tərəfdarları ilə görüşdə deyib: “Onlar bu binadan çıxanda mən istefa məktubu yazacağam və yeni seçkilərdə onların nə qədər dəstək alacağını görəcəyik”. (Tass)