ABŞ Fələstinin radikal HƏMAS hərəkatının Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. Bu barədə cümə günü Arizona ştatının Sedona şəhərində Makkeyn İnstitutunun keçirdiyi forumda çıxış edən ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“Hazırda baş verə biləcək ən yaxşı şey, HƏMAS-ın öyrəndiyi razılaşmaya nail olmaq, atəşkəs əldə etmək və girovların azad edilməsidir. Biz Həmasdan cavab gözləyirik, gözləyirik ki, bəli deyəcəklər” Atəşkəs və girovların azad edilməsi üçün”. (Tass)