ABŞ dövlət katibi Antoni Blinken İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında bildirib ki, ABŞ həmişə İsraili dəstəkləyəcək və müdafiə edəcək.
“İsrailə verdiyim mesaj budur: Özünüzü təkbaşına müdafiə edəcək qədər güclü ola bilərsiniz, amma nə qədər ki, Amerika var, tək olmayacaqsınız. Biz həmişə sizin yanınızda olacağıq” deyib. (Tass)