Birləşmiş Ştatlar Qəzza zolağında daha hədəflənmiş hərbi əməliyyatlara keçmək və döyüşlərin intensivliyini azaltmaq üçün İsrailə təzyiq edir. Bunu Amerikanın dövlət katibi Entoni Blinken Dövlət Departamentində ilin yekunlarına dair mətbuat konfransında deyib.
“Biz həqiqətən də HƏMAS rəhbərliyinə, tunel şəbəkəsinə və bəzi digər vacib şeylərə qarşı mübarizəyə yönəlmiş daha kiçik qüvvələrlə daha məqsədyönlü əməliyyatlara keçid görmək istəyirik”, – Blinken bildirib. O vurğulayıb ki, bu halda hərbi əməliyyatlardan mülki əhaliyə dəyən zərər xeyli azalacaq. (Tass)