Birləşmiş Ştatlar lazım gələrsə, İrana qarşı “tez və qəti” hərəkət etməyə hazırdır. Bu xəbərdarlığı ABŞ-ın dövlət katibi Entoni Blinken BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq münaqişə zonasında vəziyyətin hazırda pisləşməsi ilə bağlı iclasında edib.
“İcazə verin, bunu deyim… və biz bunu ardıcıl olaraq digər kanallar vasitəsilə İran rəsmilərinə demişik: Birləşmiş Ştatlar İranla münaqişəyə can atmır, biz bu müharibənin genişlənməsini istəmirik. Lakin İran və ya onun vasitəsilə fəaliyyət göstərdiyi ölkələr hər yerdə ABŞ personalına hücum edərsə, biz xalqımızı qoruyacağıq, təhlükəsizliyimizi qoruyacağıq. Sürətlə və qətiyyətlə. Bu barədə səhv etməyin”, – Blinken bildirib. (Tass)