ABŞ dövlət katibi Antoni Blinken Pekində keçirilən danışıqlarda Vaşinqtonun Çinin Rusiyanın hərbi-sənaye kompleksinə ikili təyinatlı mallar tədarük etməsindən narahatlığını ifadə edib.
“Bugünkü müzakirələr zamanı mən ÇXR-in Rusiyanın Ukraynaya təcavüzünü gücləndirən komponentlərin tədarükü ilə bağlı ciddi narahatlığımızı təkrarladım” o, Pekində mətbuat konfransında çıxışı zamanı deyib.
ABŞ dövlət katibinin sözlərinə görə, “Çin dəzgahlar və mikroelektronikanın ən böyük tədarükçüsüdür”, eləcə də Moskvanın hərbi sənaye kompleksini qurmaq üçün istifadə etdiyi iddia edilən digər ikili təyinatlı malların. (Tass)