ABŞ dövlət katibi Antoni Blinken Konqresdə bir qrup qanunvericiyə Azərbaycanın yaxın gələcəkdə Ermənistana ehtimal edilən təcavüzü barədə xəbərdarlıq edib. Bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Demokratlar Partiyasından olan bir qrup amerikalı qanunverici oktyabrın 3-də telefon danışığında Blinkenə Dağlıq Qarabağda vəziyyətin son gərginləşməsi ilə əlaqədar administrasiyanın Azərbaycana qarşı hansı tədbirləri görə biləcəyi ilə bağlı sual verib. Nəşrin yazdığına görə, xarici siyasət idarəsinin rəhbəri cavab olaraq vurğulayıb ki, ABŞ hakimiyyəti “Azərbaycanı məsuliyyətə cəlb etmək üçün imkanlar axtarır” və həmçinin Azərbaycana hərbi yardımın göstərilməsinə yenidən baxmağı planlaşdırır.
Nəşrin yazdığına görə, Blinken əlavə edib ki, Dövlət Departamenti “Azərbaycanın yaxın həftələrdə Ermənistanın cənub bölgəsini işğal etməsini mümkün hesab edib”. (Tass)