Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında müzakirə olunan atəşkəs təkliflərinə bəzi düzəlişlər təqdim edib, bəziləri məqbul, bəziləri isə yox. Bunu ABŞ dövlət katibi Entoni Blinken Dohada Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə birgə mətbuat konfransında deyib.
“HƏMAS müzakirə edilən təklifə çoxsaylı dəyişikliklər təklif edib. Biz onları dünən axşam misirli həmkarlarımızla, bu gün isə baş nazirlə müzakirə etdik. Bəzi təkliflər mümkündür, bəziləri isə mümkün deyil”, – deyə Amerikanın xarici siyasət idarəsinin rəhbəri bildirib. Çıxış Dövlət Departamentinin saytında yayımlanıb.