ABŞ dövlət katibi Antoni Blinken Fələstinin radikal HƏMAS hərəkatının Qəzza zolağında bir neçə xəstəxanada komandanlıq və nəzarət məntəqələrini qurduğunu iddia edir.
“Bizim öz məlumatımız var ki, komandanlıq və idarəetmə mərkəzləri ya xəstəxanalarda, ya da onların altında yerləşir. Onlardan bir neçəsi var”, – Amerikanın xarici siyasət idarəsinin rəhbəri cümə axşamı NBC televiziyasına müsahibəsində deyib.
“Avtomatik silahların niyə maqnit rezonans tomoqrafiya avadanlığı ilə bitişik olduğu mənə aydın deyil. Bu, HƏMAS-ın bu və ya digər növ mülki infrastruktura nüfuz etməsinə inandırıcı sübutdur”, – Blinken əl-Şifa xəstəxanası ətrafındakı vəziyyəti şərh edərkən deyib.
Ağ Ev və Pentaqon daha əvvəl ABŞ kəşfiyyatının tapıntılarına istinad edərək iddia etmişdilər ki, radikal fələstinli qruplar “hərbi əməliyyatları gizlətmək və dəstəkləmək və girovları saxlamaq” üçün Qəzza zolağındakı Əl-Şifa xəstəxanası və digər xəstəxanalardan istifadə edirlər. Vaşinqtonun sözlərinə görə, Əl-Şifa Həmas və İslami Cihad qruplaşması üçün rabitə və nəzarət nöqtəsi olub.