ABŞ dövlət katibi Antoni Blinken İsrailin xarici işlər naziri Eli Koenlə telefon danışığı aparıb. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin bəyanatında deyilir.
Sənəddə qeyd edilir ki, xarici işlər orqanlarının rəhbərləri “ABŞ-ın İsrailə dəstəyini müzakirə ediblər”. Blinken “İsrail xalqına və HƏMAS-ın əlindən vəhşiliyə məruz qalan hər kəsə başsağlığı verib”. Bundan əlavə, dövlət katibi Birləşmiş Ştatların “bütün girovları dərhal azad etmək” üçün səy göstərdiyini təsdiqləyib. (Tass)