ABŞ Dövlət Katibi Antoni Blinkenin Yaxın Şərqə son səfərinin mühüm məqsədi region liderlərinə Vaşinqtonun Yəməndəki Ənsar Allah (Husi) üsyançı hədəflərinə mümkün zərbələrinin müdafiə xarakteri daşıyacağı barədə məlumat vermək olub. Bu barədə CNN Dövlət Departamentinin rəsmisinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Blinken regional tərəfdaşlarına bildirib ki, Birləşmiş Ştatlar husilərə qarşı hərbi əməliyyata başlayarsa, buna “müdafiə” kimi baxılmalıdı.
CNN cümə günü bildirib ki, ABŞ və Böyük Britaniya Yəməndəki “çoxlu husi hədəflərinə” zərbələr endirib.
Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücumlar edəcəklərini və əməliyyat başlanana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, husilər noyabrın ortalarından etibarən Qırmızı dənizdə 20-dən çox gəmi və mülki gəmiyə hücum edib. (Tass)