Tayvan üzərindəki münaqişənin həlli üçün potensial gücdən istifadə bütün dünyaya mənfi təsir göstərəcək, çünki Tayvan boğazı qlobal ticarətdə mühüm rol oynayır. Bu fikri ABŞ-ın dövlət katibi Entoni Blinken Davosda Dünya İqtisadi Forumunda panel müzakirəsi zamanı deyib.
“Bizim [Amerikanın] əsas marağımız Tayvan boğazında sülh və sabitliyin qorunmasıdır. Beləliklə, Pekin və Tayvan arasındakı bütün fikir ayrılıqları sülh yolu ilə həll edilsin və status-kvo qorunsun ki, heç bir tərəf dağıdıcı addımlar, xüsusən də güc tətbiq etməsin. “Bunun bir praktik səbəbi var. Dünya ticarətinin 50%-i hər gün bu boğazdan keçir. Əgər orada xaos olarsa, bu, bütün planetə öz təsirini göstərəcək”. (Tass)