ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb, tərəflər Fələstin-İsrail münaqişəsinin gərginliyinin azaldılmasını müzakirə ediblər.
“Dövlət katibi Antoni Blinken bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefonla danışıb. Onlar münaqişənin genişlənməsinin qarşısını almaq və müharibənin humanitar xərclərini minimuma endirmək üçün diplomatik səyləri müzakirə ediblər”, – Dövlət Departamentinin saytında dərc olunan bəyanatda deyilir.
Blinken “Həmasın hücumlarını dayandırmağın və qruplaşmanın girovlarını dərhal azad etməyin zəruriliyini bir daha təsdiqləyib”. (Tass)