İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında Təl-Əvivdə keçirilən görüş ABŞ dövlət katibi Entoni Blinken və Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın iştirakı ilə keçirilir. Bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
Onun məlumatına görə, İsrail tərəfdən danışıqlarda strateji işlər naziri Ron Dermer və Yəhudi Dövlətinin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbi də iştirak edir. (Tass)