ABŞ dövlət katibi Antoni Blinken və ABŞ-ın müdafiə naziri Lloyd Ostin hesab edirlər ki, vəzifəsini tərk edən Vaşinqton administrasiyası ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və onun komandasına Ukrayna məsələsində Rusiya Federasiyası üzərində təsir rıçaqları verib. Bu barədə onların The New York Times üçün yazdığı məqalədə deyilir.
Materialda ABŞ prezidenti Co Bayden administrasiyasının və onun müttəfiqlərinin demokratın prezidentlik dövründə Kiyevi dəstəkləmək səyləri sadalanır. “Bütün bunlar həm Ukrayna, həm də ABŞ-ın gələcək administrasiyası üçün təsir rıçaqları yaratdı”, Blinken və Austin bildirib.
Onlar hesab edirlər ki, Tramp administrasiyası Kiyevin şərtləri ilə Ukraynadakı münaqişəni dayandırmaq və Rusiyanı daha da cilovlamaq üçün bu vasitələrdən istifadə etməlidir.
Bundan əvvəl Dövlət Departamentində çıxış edən Bayden Trampın Kiyevə dəstəyinin əsasını qoyduğunu bildirib.