ABŞ dövlət katibi Antoni Blinkenin Ukraynaya səfərinin əsas məqsədi Kiyevə döyüş meydanında müdafiəsini gücləndirməkdə necə kömək edəcəyini müzakirə etmək olacaq. Bu barədə “The Wall Street Journal” yazır.
Müşahidəçilər qeyd ediblər ki, səfərin məqsədi Ukraynanın müdafiəsini gücləndirmək və Ukrayna Silahlı Qüvvələrinin “təşəbbüsünü bərpa etmək” üçün əlavə Amerika yardımının necə göstəriləcəyini müzakirə etmək olacaq.