Londonda ABŞ emissarlarının Ukrayna və Avropa nümayəndələri ilə görüşü çox güman ki, aprelin 23-də baş tutacaq. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ-ı danışıqlarda dövlət katibi Marko Rubio, prezidentin xüsusi elçisi Stiven Vitkoff və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun təmsil edəcəyi gözlənilir. Məsləhətləşmələrdə Böyük Britaniya, Almaniya, Fransa və Kiyevdəki hakimiyyət orqanlarının xarici işlər nazirləri və milli təhlükəsizlik müşavirləri səviyyəsində də nümayəndələri iştirak edəcəklər. (Tass)