Pentaqon gəmiçilik şirkətlərini Husilərin hücumlarına baxmayaraq, Qırmızı dəniz və Süveyş kanalından keçən marşrutların hələ də təhlükəsiz olduğuna əmin edir. Bu barədə mənbələrə və ekspertlərə istinadən Bloomberg məlumat yayıb.
“Pentaqon sənaye ilə demək olar ki, hər gün onların ehtiyaclarını qiymətləndirmək və beynəlxalq ictimaiyyətin [Qırmızı dəniz və Süveyş kanalından] təhlükəsiz keçiddə kömək etməyə hazır olduğuna əmin olmaq üçün məşğul olur” deyə Müdafiə Nazirliyinin sözçüsü Bryon McGarry bildirib.
Bununla belə, Bloomberg yazıb ki, əksər şirkətlər risk etmək istəmir və marşrutlarını yenidən qurmağa çalışırlar. Agentliyin istinad etdiyi məlumatlara görə, Qırmızı dəniz və Süveyş kanalından müntəzəm olaraq keçən konteyner gəmilərinin təxminən yarısı indi bu marşrutlardan yayınır.
ABŞ Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Mark Cancian, “Göndərənlərin təhlükəsizlik vəziyyətini qiymətləndirməsi bir az vaxt aparacaq” deyib. “ABŞ və koalisiyanın təhlükəsiz keçidi təmin edə bildiyi ortaya çıxarsa, o zaman düşünürəm ki, onlar qayıdacaqlar. Amma indi buna əmin ola bilmirlər”, – ekspert bildirib. O, əlavə edib ki, əgər ABŞ Husilərin düşərgələrini atəşə tutmağa başlasa, “bu, ehtimal ki, riski azaltmaq əvəzinə artıracaq”. (Tass)