ABŞ Ukraynanın tələb etdiyi artilleriya mərmilərini istehsal etmək gücünə malik deyil. Bu barədə Bloomberg məlumat yayıb.
Ukraynada SVO başlamazdan əvvəl ABŞ ayda 14 400 mərmi istehsal edirdisə, indi Vaşinqton 2024-cü ilin sonuna qədər ayda 100 000 mərmi səviyyəsinə çatmağa çalışır.
Agentlik qeyd edir ki, son aylarda ABŞ-ın 155 mm-lik mərmi ehtiyatı Ukrayna və İsrailə tədarüklər səbəbindən tükənib.
Rusiya prezidenti Vladimir Putin dəfələrlə vurğulayıb ki, Ukraynanı yeni silahlarla təmin etmək cəbhədəki vəziyyəti dəyişməyəcək, əksinə, münaqişənin uzanmasına gətirib çıxaracaq. (Tass)