Avropalı rəsmilərin Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında söhbəti barədə əvvəlcədən məlumatı olmayıb və bunun baş verməsindən şoka düşüblər. Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Agentliyin qeyd etdiyi kimi, avropalılar narahatdırlar ki, Tramp Ukrayna məsələsində ona təsir etmək şansı olmayana qədər Rusiya ilə sövdələşə bilər. Bloomberg qeyd edir ki, Rusiya və ABŞ prezidentləri arasında telefon danışıqları bir çox Aİ rəsmiləri arasında bu narahatlığı artırıb.
Putin və Tramp fevralın 12-də baş tutan telefon danışığında digər məsələlərlə yanaşı, Ukraynada nizamlanma perspektivlərini də müzakirə ediblər. Kremlin məlumatına görə, Tramp hərbi əməliyyatlara tez son qoyulması və problemin sülh yolu ilə həllinin tərəfdarı olub. Putin də öz növbəsində münaqişənin əsas səbəblərini aradan qaldırmağın vacibliyini qeyd edib və Trampla razılaşıb ki, sülh danışıqları yolu ilə uzunmüddətli nizamlanma əldə oluna bilər, Rusiya liderinin mətbuat xidməti qeyd edib. ABŞ administrasiyasının rəhbəri “Truth Social” sosial şəbəkəsində yazıb ki, Moskva və Vaşinqton Ukraynadakı münaqişənin həlli üçün dərhal danışıqlara başlayacaq. (Tass)