Bloomberg diplomatik mənbələrinə istinadən xəbər verir ki, Avropa İttifaqı dəvət almadığı Ukrayna üzrə sülh danışıqları üzrə xüsusi nümayəndəsini hər ehtimala qarşı təyin etmək istəyir.
Agentlik qeyd edir ki, Aİ liderləri bu məsələni martın 6-da Brüsseldə keçiriləcək fövqəladə sammitdə müzakirə etmək niyyətindədirlər. Onun sözlərinə görə, Kiyev Brüsseldən belə bir məmuru tez bir zamanda təyin etməyə çağırır.
Daha əvvəl Avropa Şurasının rəhbəri Antonio Kosta bildirmişdi ki, bu fövqəladə sammitin əsas mövzuları Aİ ölkələrində müdafiə sahəsinə investisiyaların artırılması, Ukraynaya silah tədarükü ilə bağlı yeni öhdəliklər və bu ölkə üçün mümkün təhlükəsizlik təminatlarının müzakirəsi olacaq. (Tass)