Avropa İttifaqı və İsrail Qəzza zolağına humanitar yardım proqramını genişləndirmək barədə razılığa gəliblər. Bu barədə Bloomberg məlumat yayıb.
Onun sözlərinə görə, yaxın günlərdə humanitar yüklərin gündəlik çatdırılma həcmində əhəmiyyətli artım gözlənilir. Qeyd edildiyi kimi, Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın vasitəçiliyi ilə əldə olunan razılaşma yardımın çatdırılması üçün bir neçə marşrutun açılmasını da nəzərdə tutur.
Misir və İordaniyadan keçən humanitar dəhlizlərin yenidən açılması ilə yanaşı, Qəzza zolağının şimal və cənubunda əlavə keçid məntəqələrinin açılması gözlənilir. Agentliyin mənbəsinə görə, çörəkbişirmə və ictimai mətbəxlərə ərzaq ehtiyatlarının paylanmasına icazə veriləcək, humanitar obyektlərə yanacaq tədarükünün tezliklə bərpa ediləcəyi gözlənilir. (Tass)