Avropa ölkələri ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putinlə Alyaskada planlaşdırılan görüşdən əvvəl onunla danışıqlar təşkil etməyə çalışırlar. Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Onların fikrincə, Avropa liderləri Trampla Putinlə sammitinin keçiriləcəyi cümə günündən əvvəl danışmaq istəyirlər. Təşəbbüs həftə sonu intensiv diplomatik təmaslardan sonra, o cümlədən avqustun 9-da ABŞ-ın vitse-prezidenti J.D.Vens və Böyük Britaniyanın Xarici İşlər Naziri Devid Lamminin görüşündən sonra irəli sürülür. Bazar günü Aİ səfirləri danışıqlar barədə məlumatlandırılıblar və bazar ertəsi Aİ diplomatlarının virtual görüşü baş tutacaq.