İslandiya müdafiə siyasətini nəzərdən keçirir və NATO çərçivəsində hərbi xərclər üçün vəsaitin ayrılması məsələsini müzakirə edəcək. Bu barədə Bloomberg agentliyinə ölkənin baş naziri Kristrun Frostadottir məlumat verib.
Onun sözlərinə görə, Avropa müdafiə sahəsində “xeyli aktivləşib” və bu, İslandiyanı belə bir qərara vadar edib. Frostadottir, “Biz bu cür müdafiə xərclərinə baxmalıyıq” deyib, “bu, qarşıdakı bir neçə həftə, aylar ərzində keçməli olacağımız bir şeydir.” “Bu, İslandiya üçün çox aktual mövzudur”, – hökumət başçısı əlavə edib.
Frostadottir onu da bildirib ki, Reykyavik “ABŞ hərbçilərinin adada uzunmüddətli yerləşdirilməsi”ni planlaşdırmır.
Agentlik xatırladır ki, İslandiya NATO-nun üzvüdür, lakin nizami silahlı qüvvələrin olmaması səbəbindən alyansın möhkəmlənməsinə maliyyə töhfəsi verən ölkələr siyahısına daxil edilməyib. (Tass)