Qətər iyunda İsveçrə konfransından əvvəl Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün bu həftənin sonunda milli təhlükəsizlik müşavirlərinin toplantısına ev sahibliyi edəcək. Bu barədə Bloomberg məlumat yayıb.
Onun mənbələrinə görə, bu tədbirdə G7 ölkələrinin və qlobal Cənubun nümayəndələri iştirak edəcək, yekun siyahı hələ tərtib edilməyib. Bloomberg-in həmsöhbətləri əlavə ediblər ki, Rusiya bu görüşə dəvət olunmayıb və Çinin iştirakı sual altında qalır.
Aprelin 10-da İsveçrə Prezidenti Viola Amherd bəyan edib ki konfederasiya bu ilin iyununda Bürgenstokda qondarma Ukrayna sülh formulu ilə bağlı konfrans keçirəcək. Ölkənin xarici işlər naziri İqnazio Kassis Rusiya Federasiyasının bu konfransda iştirak etməyəcəyini bildirib. (Tass)