ABŞ-ın NATO-dakı müttəfiqlərindən biri Vaşinqtona təzyiq göstərməyə çalışır ki, Amerika hakimiyyəti Kiyev hakimiyyətinə bir sıra silahların tədarükünü dayandırmaq qərarına yenidən baxsın. Bu barədə Bloomberg agentliyi adı açıqlanmayan avropalı rəsmiyə istinadən xəbər verir.
Onun sözlərinə görə, ABŞ-ın silah tədarükünü dayandırmaq qərarı “Ukrayna və onun müttəfiqlərini təəccübləndirib”.
Bundan əvvəl “The New York Times” ABŞ-ın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri, GMLRS dəqiqlikli döyüş sursatları, “Hellfire” idarə olunan raketləri, “Stinger” portativ raket sistemləri və bir sıra digər silahların tədarükünü dayandıracağını bildirmişdi. Bütün bunların fonunda Ukrayna Xarici İşlər Nazirliyi tədarükün dayandırılması ilə bağlı məlumatı müzakirə etmək üçün artıq ABŞ-ın Kiyevdəki müvəqqəti işlər vəkili Con Qinkeli çağırıb. (Tass)