Macarıstanın baş naziri Viktor Orban ABŞ-ın keçmiş prezidenti Donald Trampla Vaşinqtonda NATO sammitindən sonra Floridadakı Mar-a-Laqo malikanəsində görüşəcək. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Ötən həftə Orban Ukraynadakı vəziyyəti həll etmək yollarını tapmaq üçün bir neçə xarici səfər etdi. İyulun 5-də o, Rusiya prezidenti Vladimir Putinlə Moskvada sülh danışıqlarına başlamaq üçün mümkün şərtləri müzakirə edib . Üç gün əvvəl o, Kiyevə səfər edib və orada bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb. Kiyev və Moskva səfərlərindən sonra Orban Pekinə səfər edib və orada Çin prezidenti Si Cinpinlə görüşüb. Hökumət başçısı əmin edib ki, o, sülhməramlı missiyasını davam etdirmək və xüsusən də NATO sammitində Vaşinqtonda qalmasından bu məqsədlə istifadə etmək niyyətindədir.
Agentliyin mənbələrindən biri vurğulayıb ki, Tramp Orbandan Rusiya və Ukrayna arasında hər hansı sülh sazişinin təməlinin qoyulmasını tələb etməyib.
Qarşıdan gələn görüşün digər təfərrüatları açıqlanmır. (Tass)