Rusiya və ABŞ-ın yüksək vəzifəli rəsmiləri iki ölkə liderləri arasında mümkün görüşə hazırlıq üçün gələn həftə Səudiyyə Ərəbistanında danışıqlar aparacaqlar.
Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Ukrayna münaqişəsinin sonunun müzakirə olunacağı görüşün ayın sonuna qədər baş tuta biləcəyi iddia edilir. (Tass)