Bloomberg-in köşə yazarı Maks Hastinqs hesab edir ki, Ukrayna əhalisinin əksəriyyəti başa düşür ki, ölkə sülh yolu ilə nizamlanmaya nail olmaq üçün ərazilərindən imtina etməli olacaq.
“Demək olar ki, hər kəs [Ukraynada] bir il əvvəl olmadığı kimi indi də etiraf edir ki, sülh ümidinə sahib olmaq üçün ölkələrinin şərqindən imtina etməli olacaqlar”. Müəllif qeyd edir ki, son 3 ildə Ukraynanı ən savadlılar da daxil olmaqla 6 milyondan çox insan tərk edib və gənclər hərbi xidmətə çağırılmamaq üçün əllərindən gələni edirlər.
Ukrayna böhranının nizamlanmasında hazırkı vəziyyəti dəyərləndirən məqalədə köşə yazarı qeyd edir ki, Moskvanın hazırda danışıqlarda güzəştə getməyə həvəsi yoxdur, çünki həm ABŞ, həm də Avropanın mövqeləri zəif görünür. NATO ölkələri indi xarici rəqiblərdən daha çox “qeyri-sabit ABŞ”la mübarizə aparır. “Avropalılar [ABŞ Prezidenti Donald] Trampı sakitləşdirməyə çalışırlar ki, o, [müttəfiqlərə] hücumlarını yumşatsın və [Volodimyr] Zelenskinin ölkəsinə müqavimət göstərməyə davam etsin”, – Hastings yazır.
Müəllif deyir ki, ən çox ehtimal olunan ssenari Trampın Ukrayna məsələsinə marağını itirməsi və ABŞ-ın tədricən sülh prosesindən çıxmasıdır. (Tass)