İsrail hakimiyyəti hesab edir ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) əməkdaşlarının 10%-ə qədəri Fələstin radikal HƏMAS və İslami Cihad hərəkatlarının üzvləridir. Bu barədə bazar ertəsi Bloomberg yəhudi dövlətinin ABŞ-a təqdim etdiyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, İsrail hakimiyyəti ötən il oktyabrın 7-də HƏMAS yaraqlılarının hücumunda “ən azı 13 BMT əməkdaşının iştirak etdiyinə” inanır. UNRWA-nın dörd işçisi israillilərin qaçırılmasında iştirak edib. Ümumilikdə Qəzza zolağında BMT agentliyinin 12 mindən çox əməkdaşı var.
Bloomberg aydınlaşdırıb ki, İsrail kəşfiyyatının hesabatı HƏMAS və UNRWA arasındakı əlaqəni “qarşılıqlı asılılıq” kimi təsvir edir. Həmçinin iddia edilir ki, Fələstin hərəkatı BMT agentliyinin “seçim komitəsi üzərində nüfuz qazanıb”. (Tass)