ABŞ-ın vitse-prezidenti J.D.Vens Ukraynanın mineral sövdələşməsi ilə bağlı tez-tez prezident Donald Trampdan daha sərt mövqe nümayiş etdirir. Bu barədə Bloomberg agentliyi Amerika lideri ilə Volodimir Zelenski arasında münasibətlərin necə bərpa olunacağına dair danışıqların gedişi ilə tanış olan avropalı rəsmilərə istinadən məlumat yayıb.
Onlar vurğulayırlar ki, Vensin yanaşması dövlət katibi Marko Rubionun, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolsun və ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun daha mötədil mövqeləri ilə ziddiyyət təşkil edir.