BMT-nin Cenevrədəki ofisində BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (OCHA) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) tərəfindən 2024-cü il üçün “Ukrayna regional qaçqın və humanitar cavab planı”nın icrasına başlamaq üçün mətbuat konfransı keçirilib.
İclasda BMT Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinator Martin Qriffits və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi məruzəçi qismində iştirak ediblər.
İki ölkə arasındakı müharibənin gələn ay üçüncü ilinə qədəm qoyacağını xatırladan Griffiths bu vəziyyətin ölümlərə, ümidsizliyə və qaçqın axınına səbəb olduğunu vurğulayıb.
Ukraynada 14,6 milyon insanın (əhalinin 40 faizi) yardıma ehtiyacı olduğunu qeyd edən Qriffits, “Ukraynada 4 milyon insan ölkə daxilində didərgin düşüdüyünü” deyib.
OCHA-nın 2024-cü ildə Ukraynadakı humanitar ehtiyaclara cavabı koordinasiya etmək üçün 3,1 milyard dollar yardım tələb etdiyini qeyd edən Griffiths, bununla 8,5 milyon insana çatmağı hədəflədiklərini vurğulayıb.
Qrandi isə Ukraynada milyonlarla mülki vətəndaşın vəziyyətinə də diqqət çəkərək qış dövründə yaşanan çətinliklərin daha da artdığını bildirib.
Ukraynada 10 milyondan çox insanın müharibə səbəbilə ev-eşiyindən didərgin düşdüyünü xatırladan Qrandi 4 milyon insanın ölkə daxilində didərgin düşdüyünü, 6,3 milyon insanın isə qaçqın olaraq başqa ölkələrə getdiyini vurğulayıb.
Qrandi “regional qaçqınlara reaksiya planı” çərçivəsində Ukraynaya 1,1 milyard dollarlıq yardım çağırışı başlatdıqlarını və 2,3 milyon qaçqın və onları qəbul edən icmalara çatmağı hədəflədiklərini qeyd edib. (TRT Haber)