Qəzza zolağında məcburi köçkünlərin (döyüşlər səbəbindən evlərini tərk etməyə məcbur olmuş, lakin öz ölkəsinin ərazisində qalmış insanlar) sayı 330 min nəfəri ötüb. Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) məlumat yayıb.
“Qəzza zolağında kütləvi köçkünlük davam edir. Son 24 saat ərzində məcburi köçkünlərin ümumi sayı 30% artıb və hazırda 338 934 nəfər təşkil edir ki, onların üçdə ikisindən çoxu UNRWA məktəblərinə sığınıb BMT- nin Relief və Yaxın Şərqdə Fələstinli Qaçqınlarla İş üzrə Agentliyi , departamentin açıqlamasında deyilir.
OCHA həmçinin Qəzzada mülki infrastrukturun dağıdılmasından narahatlığını ifadə edib və əsasən Qəzza şəhərində və anklavın şimalında elektrik, su və rabitə şəbəkələrinə ciddi ziyan dəydiyini bildirib.