BMT baş katibinin sözçüsü Stefan Dujarrik bildirib ki, BMT İrandakı elektrik stansiyalarını, körpüləri və digər mülki infrastrukturu hədəf alan təhdidlərlə bağlı narahatlığını bildirir.
“Sosial media paylaşımında yer alan və Amerikanın elektrik stansiyalarına, körpülərə və digər infrastruktura hücumları ilə bağlı təhdidləri əks etdirən ritorika bizi narahat etdi”, – deyə o bildirib. Bu cür hücumların müharibə cinayətləri hesab edilib-edilməyəcəyi ilə bağlı suala cavab olaraq Dujarrik “bunların beynəlxalq hüququn pozulması olacağını” etiraf edib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İrandakı bütün körpüləri və elektrik stansiyalarını dağıtmaqla hədələyib.
